Tramp İranla Hörmüz boğazı üzrə razılaşma əldə olunduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran avqustun 3-də danışıqlar aparacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Amerika lideri Vaşinqtona yollanarkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə məlumat verib. Trampın sözlərinə görə, danışıqlar günün ikinci yarısında başlayacaq. O, dialoqun gələcək eskalasiyanın qarşısını almağa imkan verəcəyinə ümid etdiyini bildirib. "Biz onlarla danışıqlar formatında dialoq aparacağıq. Onlar sabah günorta başlayacaq. Mən bunun belə olmasını istərdim. Bu, bir çox insanın həyatını xilas edəcək və gələcək gərginliyin qarşısını almağa imkan verəcək", - ABŞ Prezidenti söyləyib. O həmçinin iddia edib ki, Vaşinqton və Tehran Hörmüz boğazında gəmiçilik məsələlərinə dair artıq razılıq əldə edib. Onun sözlərinə görə, növbəti mərhələ İranın nüvə proqramı və İslam Respublikasının nüvəsizləşdirmə üzrə sazişin imzalanması olmalıdır. "Hörmüz boğazı üzrə razılaşma var, daha sonra isə nüvə proqramı və ya mənim adlandırdığım kimi, İranın nüvəsizləşdirilməsi üzrə razılaşma olacaq", - Amerika lideri yekunlaşdırıb.
Facebook-da paylaş








