Ucarda yük maşını avtomobilə çırpılıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, magistral yolda hərəkətdə olan 1979-cu il təvəllüdlü Tərtər rayonunun Köçərli kənd sakini Şamilzadə Anar Cəfər oğlunun idarə etdiyi "Mercedes Atego" markalı yük maşını yol kənarında dayanan 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Tural Cəlal oğlunun idarə etdiyi "Chevrolet cobalt" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub. Nəticədə piyadalardan biri Göyçay rayon sakini 1993-cü il təvəllüdlü Məmmədov İsa Rüfət oğlu hadisə yerində, minik avtomobilinin sərnişini, Samux rayon sakini 2002-ci il təvəllüdlü Quliyev Yusif Xudaya oğlu isə xəstəxanaya aparılarkən yolda ölüb. Minik avtomobilinin sürücüsü T.Məmmədov və sərnişinlər Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Elnur Fərəcullayev və 1985-ci il təvəllüdlü Elmir Əsgərli Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı bağlı araşdırma aparılır.
Facebook-da paylaş








