Rusiyanın Zaporojyeyə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb


Rusiya Silahlı Qüvvələrinin Zaporojye vilayətinə hücumları nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, son sutka ərzində vilayətin 49 yaşayış məntəqəsinə 1083 zərbə endirilib.

Zərbələr əsasən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.

"İnfrastruktur obyektlərinə, yaşayış evlərinə və avtomobillərə ziyan dəyməsi ilə bağlı 298 məlumat daxil olub", – İ.Fyodorov bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}