Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalayacaqlar


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalamaq niyyətindədirlər.

Bu barədə Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, sənədin cümə günü Ər-Riyadda imzalanması planlaşdırılır.

Sazişin təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl Türkiyə Prezident Administrasiyası dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 7-də Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyini və orada Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman əl-Səud, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyini təsdiqləyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}