Əsas Səhifə > REGİON > Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalayacaqlar

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalayacaqlar


Bu gün, 10:34


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalamaq niyyətindədirlər.

Bu barədə Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, sənədin cümə günü Ər-Riyadda imzalanması planlaşdırılır.

Sazişin təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl Türkiyə Prezident Administrasiyası dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 7-də Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyini və orada Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman əl-Səud, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyini təsdiqləyib.


Geri qayıt