"Qaşıqçı boğularaq öldürülüb, meyiti parçalanaraq yox edilib" -İstanbul Prokurorluğu


 


İstanbul Baş Prokurorluğu Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı məlumat yayıb.

Prokurorluğun məlumatına görə, səudiyyəli jurnalist baş konsulluğa daxil olduğu zaman boğularaq öldürülüb. Onun cəsədi parçalanaraq yox edilib.

Eyni zamanda Türkiyə tərəfi iki ölkənin prokurorluqları arasında qətlin araşdırılması üçün aparılan danışıqlar nəticəsiz qaldığını da vurğulayıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq Camal Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli "Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman CamalQaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən "Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.(Qaynarinfo )

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}