Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.


Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.

Şəffaflıq.az xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Hadisə ilə bağlı cinayət işi başladılıb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}