Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı tərəfindən Ər-Riyad istiqamətində atılmış qanadlı raketi zərərsizləşdirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yəməndə qanuniliyin dəstəklənməsi üzrə koalisiyanın rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki "X" sosial şəbəkəsində bildirib. "HHM qüvvələri terrorçu husilər qruplaşması tərəfindən Ər-Riyad bölgəsi istiqamətində atılmış qanadlı raketi zərərsizləşdirib", - o yazıb.
Xəbəri paylaş
Facebook-da paylaş








