Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb. Bu barədə Şəffaflıq.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan vətəndaşı saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








