Ağdaşda media nümayəndələri ilə yaranmış münaqişə barədə ekspertizalar təyin edilib


Ağdaşda nikah yaşına çatmayan şəxsin nişan mərasimində media nümayənədləri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişəylə bağlı ekspertizalar təyin edilib.

Şəffaflıq.az-ın məlumatına görə, münaqişə polis tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.

Xatırladaq ki, avqustun 7-də Ağdaşda 17 yaşlı qıza nişan mərasimi keçirilib, valideynləri polisə dəvət olunub. Həmçinin hadisəni işıqlandırmağa çalışan media nümayəndələrinə qarşı aqressiv davranılıb, onların çəkiliş aparmasına mane olunub və kameralarına müdaxilə edilib."Report" 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}