Ukrayna Rusiyanın Tatarıstan və Krasnodardakı neft obyektlərinə zərbə endirib


Ukrayna Tatarıstanın Nijnekamsk şəhərindəki "TANEKO" neft emalı zavoduna (NEZ) və Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki "Tamannefteqaz" neft terminalına zərbə endirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Telegram"dakı məlumatında bildirilib.

Baş Qərargahın məlumatına görə, obyektlərə zərbələr avqustun 19-da və avqustun 20-nə keçən gecə endirilib. Nəticədə "TANEKO" NEZ ərazisində və "Tamannefteqaz" terminalında yanğın qeydə alınıb.

Dəymiş ziyan dəqiqləşdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}