Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 2000-ci il təvəllüdlü Türbəndəyev Elmir İnqilab oğlu idarə etdiyi "Toyota Prius minik" markalı avtomobil ilə 1977-ci il təvəllüdlü Aslanov İlyas Hüseyn oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








