Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək


Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ümumi çəkisi 1 820 ton olan 26 vaqon buğda göndəriləcək.

Tədarük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından həyata keçiriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}