Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. Şəffaflıq.az xəbər verir ki, bu ölkəyə ümumi çəkisi 1 400 ton olan 20 vaqon buğda tədarük ediləcək. Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib. Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Xəbəri paylaş
Facebook-da paylaş








