Əsas Səhifə > SİYASƏT > Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək


Bu gün, 15:49


Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu ölkəyə ümumi çəkisi 1 400 ton olan 20 vaqon buğda tədarük ediləcək.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Geri qayıt