Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Tacikistan yığması ilə üz-üzə gələcək
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma 8-ci km qəsəbə stadionunda, saat 20:00-da start götürəcək. Görüşü Moldovadan olan FIFA referisi Roman Jitar idarə edəcək. Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








