İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcək
İsti Briketlənmiş Dəmir (İBD) zavodunun yüksək həcmli və fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə "Qazıməmməd Qazax" magistral qaz kəmərinin I xətti üzrə 69 kilometrlik hissəsinin əsaslı təmir ediləcək. Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Sənədə əsasən, magistral qaz kəmərinin texniki vəziyyətinin qiymətləndirilməsi və əsaslı təmir layihəsi hazırlanacaq. 69 km-lik hissədə əsaslı təmir işləri həyata keçiriləcək. İBD zavodunun fasiləsiz və etibarlı təbii qaz təchizatının təmin ediləcək.
Facebook-da paylaş








