Əsas Səhifə > İnfrastruktur > İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcək
İsti Briketlənmiş Dəmir zavodunun təchizatı üçün qaz kəməri əsaslı təmir ediləcəkBu gün, 10:56 |
|
İsti Briketlənmiş Dəmir (İBD) zavodunun yüksək həcmli və fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə "Qazıməmməd Qazax" magistral qaz kəmərinin I xətti üzrə 69 kilometrlik hissəsinin əsaslı təmir ediləcək. Şəffaflıq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Sənədə əsasən, magistral qaz kəmərinin texniki vəziyyətinin qiymətləndirilməsi və əsaslı təmir layihəsi hazırlanacaq. 69 km-lik hissədə əsaslı təmir işləri həyata keçiriləcək. İBD zavodunun fasiləsiz və etibarlı təbii qaz təchizatının təmin ediləcək. Geri qayıt |