Kəngərlidə avtomobil aşıb, körpə ölüb, valideynləri xəsarət alıb
Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Xok kəndi ərazisində qeydə alınıb. 77-KS-302 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobilinin aşması nəticəsində maşında olan 1994-cü il təvəllüdlü Məğrur Məşur oğlu Quliyev və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Gülarə Elçin qızı Quliyeva müxtəlif xəsarətlər alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Onların qəza nəticəsində xəsarət alan 2026-cı il təvəllüdlü övladlarının həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş








