İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var


İsveçrənin şərqində, Zuş şəhəri yaxınlığında avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli "Algemeen Dagblad" nəşri məlumat yayıb.

Qeyd olunub ki, avtobusda sürücü də daxil olmaqla 49 nəfər olub. İlkin versiyaya əsasən, sürücü yolda qarşısına çıxan iri qayanın yanından keçməyə çalışarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.

Manevrdən sonra avtobus yoldan çıxaraq aşıb və yamac boyunca bir neçə metr sürüşüb. Bildirilir ki, avtobusda Niderland vətəndaşları olub.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və xilasetmə briqadaları cəlb edilib, həmçinin helikopterlərdən istifadə olunur. İsveçrə polisi hadisəni ağır yol-nəqliyyat qəzası kimi qiymətləndirib. Qəzanın başvermə səbəbləri araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}