İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb
ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub. Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Epoch Times" qəzetinin müxbiri Rayan Morgan ABŞ-nin hərbi dəniz qüvvələri naziri səlahiyyətlərini icra edən Hang Kaonun bəyanatına istinadən "X" sosial şəbəkəsində bildirib. Qeyd olunub ki, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahı yerləşir. Onun əməliyyat məsuliyyət zonasına Fars körfəzi, Qırmızı dəniz və Hind okeanının bəzi hissələri daxildir. Kao bildirib ki, İran "Bəhreyni tamamilə darmadağın edib". Bundan əlavə, o təsdiqləyib ki, bu zərbələr nəticəsində "Abraham Lincoln" aviadaşıyıcısı üçün Bəhreyndə "yan almağa yer" qalmayıb. Daha əvvəl "MS Now" telekanalı məlumat vermişdi ki, təyyarədaşıyan gəminin uzunmüddətli səfəri avadanlıqlarla, o cümlədən təyyarələrin qalxması və enməsi üçün nəzərdə tutulan avadanlıqlarla bağlı problemlərə gətirib çıxarıb. Hang Kao həmçinin dəqiqləşdirib ki, ABŞ HDQ Bəhreyndəki dağıdılmış bazaları ümumiyyətlə bərpa edib-etməyəcəyi məsələsini müzakirə edir.
Facebook-da paylaş








