UN-Habitat Azərbaycanda su risklərinin azaldılması istiqamətində layihələr reallaşdırır
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Bakı, Naftalan və Astarada müxtəlif su risklərinə və iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma üzrə layihələr həyata keçirir. Şəffaflıq.az xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Runtse Van "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel sessiyasında bildirib. Onun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Adaptasiya Fondunun vəsaitləri hesabına həyata keçirilir: "Hər bir şəhərin özünəməxsus xüsusiyyətlərinin olmasına baxmayaraq, onların hamısı su ehtiyatları ilə bağlı problemlərə məruz qalır".
Xəbəri paylaş
Facebook-da paylaş








