Əsas Səhifə > Hadisə > Laçında dağlıq ərazidə yanğın olub

Laçında dağlıq ərazidə yanğın olub


Bu gün, 10:02


Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.


Geri qayıt