Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb


Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasında (MR) cəza çəkən iki Türkiyə vətəndaşı azadlığa buraxılıb.

Şəffaflıq.az xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki nəfər – Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.

Sərəncamın icrası dərhal təmin edilib və adıçəkilən şəxslər azadlığa buraxılıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}