Ali məktəblərə boş qalan plan yerlərinin sayı açıqlanıb
Ali təhsil müəssisələri üzrə boş qalan plan yerlərinin sayı 2 219-dur. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin "Xəbərimiz var" verilişinin efirində deyib. Onun sözlərinə görə, sözügedən plan yerlərinin siyahısı sabah açıqlanacaq: "Hazırda I ixtisas qrupu üzrə 1549, II qrup üzrə 278, III ixtisas qrupu üzrə 30, IV qrup üzrə isə 218 boş plan yeri var. V qrupa gəlincə isə 144 boş plan yeri mövcudur".
Xəbəri paylaş
Facebook-da paylaş
