Əsas Səhifə > İdman / Redaktor seçimi > Cavadov Hümbət: Məşqçi yalnız zəkaya deyil, həm də hisslərə təsir etməyi bacarmalıdır.

Cavadov Hümbət: Məşqçi yalnız zəkaya deyil, həm də hisslərə təsir etməyi bacarmalıdır.


26-12-2019, 22:00
 Gənc məşqçi-müəllimlərə metodiki tövsiyyələr. 
Məşqçi yalnız zəkaya deyil, həm də hisslərə təsir etməyi bacarmalıdır

Şəffaflıq.az-ın növbəti qnanğı Sərbəst güləş üzrə SSRİ idman ustası Hümbət Cavadovdur. 
Hümbət müəllim gənc məşqçi-müəllimlərə metodiki tövsiyyələriniz və yeni məşqlərə başlayan (ibtidai hazırlıq qrupu, 10-12 yaş) uşaqlarla təcrübəli məşqçilərin iş aparılmasınin  müsbət nəticələri barədə fikirləriniz?    
Uzun il­lik təcrübəyə söykənərək deyə bilərəm ki, uşaqların sevdiyi idman növü ilə müntə­zəm məşğul olaraq gələcəkdə güclü id­mançı kimi yetişməsi üçün bir çox amillər vacibdir. Bunlardan ən əsası idman növü­nə böyük həvəs göstərmək, əməksevərlik, məşqlərə ciddi yanaşmaqdır. Həmçinin məşq etmək üçün normal maddi-texniki bazanın, öz işini dərindən bilən, uşaqlarla iş qurmağı bacaran peşəkar məşqçi-müəlli­min olması mütləqdir. Ədalət naminə de­mək lazımdır ki, yeni məşqlərə başlayan (ibtidai hazırlıq qrupu, 10-12 yaş) uşaqlarla təcrübəli məşqçilərin iş aparması həmişə müsbət nəticə verir. Əksinə, belə qruplarla təcrübəsiz, gənc məşqçilərin iş aparması o qədər də effektli olmur.
Gənc məşqçi işə həvəslə girişir, bildiklərini həvəslə öyrət­məyə can atır, eyni zamanda, məşqə yeni­cə başlayan uşaqlar tez bir zamanda hər şe­yi öyrənmək istəyirlər. Bu isə müəyyən vaxtdan sonra xoşagəlməz halların meyda­na çıxmasına səbəb olur. Məhz bunları nəzərə alaraq, gənc məşqçi-müəllimlərə töv­siyələr vermək istərdik. Onlara məsləhət görərdik ki, öyrətmədə (tədrisdə) heç vaxt tələsməsinlər. Uşaqların həvəslərinə, tə­xəyyülünə, fantaziyasına açılan pəncərəni tədricən açsınlar, onu dərhal, taybatay aç­masınlar. Başqa sözlə, öyrətmə elə get­məlidir ki, öyrədilən hərəkətlərin və fəndlərin çoxluğu uşaqları heç zaman çaş­dırmasın, onlar öyrəndiklərini ardıcıl və mükəm­məl öyrənsinlər.
Güləşmədə hansı fəndlər kombinasiyalar var, və idman məktəblərəridə ilk növ­bədə hansı keyfiyyətlərə diqqət ayrılma­lıdır?
Məşqdə öyrədilən hərə­kətlər və fəndlər əvvəlkilərdən mürəkkəb­liyi və maraqlılığı ilə fərqlənməli, hər ke­çirilən məşq əvvəlki məşqin bir növ dava­mı olmalıdır. Məşqlər gündən-günə daha maraqlı olmalıdır. Güləşmədə (xüsusi ilə sərbəst güləşdə) fəndlər çoxludur (müda­fiə fəndləri, əks fəndlər, kombinasiyalar) Onların hamısını birdən uşaqlara öyrətmək lazım deyi. Bu zaman uşaqların hər şeyi birdən öyrənmək həvəsi faydasız olar. Gəni məşqçi-müəllimlərə məsləhət görərdik ki, uşaqların qarşısında ətraf aləmi, eləcə də elmin bir sahəsi olan güləşməni elə açmaq lazımdır ki, bu sahə heyranlıq doğursun. Hər gün məşqlərdə gördükləri, eşitdikləri həyatın kiçik bir hissəsi-göy qurşağındakı rənglər kimi uşaqların gözləri qarşısında canlansın. Həmişə növbəti məşqlərə deyil­məmiş söz, öyrədilməmiş fənd saxlayın ki, növbəti məşq uşaqları cəlb etsin. Təlim o vaxt uşaqların mənəvi həyatının bir hissə­sinə çevrilir ki, o, həyatı olsun, uşaqların gündəlik həyatda eşitdikləri, gördükləri ilə üst-üstə düşsün. Gənc məşqçilər unutma­malıdır ki, idman məktəblərəridə ilk növ­bədə, insani keyfiyyətlərə diqqət ayrılma­lıdır. Gənc məşqçilər uşaqların xarici görü­nüşü ilə yanaşı, onların hər birinin daxili aləmini də öyrənməlidirlər.
Məşqə gələn uşaqlarda ilk öncə hansı xüsusiyyətləri bilmək lazımdır?
 Məşqə gələn uşağın bu idman növünə həvəsini, onun fi­ziki inkişafını, istedadını, əqli və zehni in­kişafını, təxəyyülünü, təfəkkürünü, psixo­loji durumunu bilmək vacibdir. Uşağın yalnız gündəlik məşqlər hesabına gələcək­də yüksək nəticələr əldə edəcəyinə ümid bəsləmək olmaz. Unutmaq olmaz ki, tə­lim-tərbiyədə, başlıca və ikinci dərəcəli məsələ yoxdur. İdman məktəblərində hər şey tərbiyə, təlim, yarışlar, qarşılıqlı mü­nasibətlər, qidalanma, istirahət-başlıcadır, vacibdir. Gənc məşqçilər bilməlidir ki, uşaqlıq insan həyatının ən mühüm, təkra­rolunmaz dövrüdür. Bu dövrdə uşaqların ətraf mühiti qavramaq, dərk etmək qabiliy­yəti, gündəlik gördükləri fiziki və zehni iş­lər onların sağlamlığından çox asılıdır. Bu asılılıq çox incə və çətin dərk ediləndir. Bu baxımdan yeni məşqə başlayanların daxili mənəvi aləminin dərindən öyrənil­məsi məşqçilərin mühüm vəzifələrindən biridir. Təcrübə göstərir ki, məşqçi məşğul olanlara fərdi yanaşmasa, onların daxili aləminə yol tapmasa keçirilən məşqlərin müsbət nəticəsi olmayacaq. Hər iki tərəfin (məşqçi və idmançı) görülən işə sonsuz məhəbbəti, gündəlik səyi və zəhməti, inam, dözüm, illərlə çəkilən əziyyət uğu­ra yol aça bilər.
Çətin proseslərdə məşqçi nədən istifadə edib, mahiyyətini dərk etməlidir? 
Əlbəttə, bu çətin prosesdə məşqçinin “aləti onun bilik və bacarığıdır”. Əfsuslar olsun ki, bəzən güləşməni çox yaxşı bilən, öyrətməyə böyük səy göstə­rən, kifayət qədər təcrübəyə malik, uzun illər bu sahədə çalışan məşqçilər də yük­sək dərəcəli idmançılar hazırlamaqda çə­tinlik çəkirlər. Bunun bir çox səbəbləri var. Bunlardan ən birincisi, məşqçinin uşaqlar­la qarşılıqlı əlaqəni düzgün qura bilməmə­sidir. Bəzən məşqçilər uşaq qəlbinin gizli sirlərini, sevgisini və kədərini duya bil­mirlər. Başqa sözlə, məşqçi fikrən özünü uşaq yerinə qoya bilmir. Gənc məşqçilər çox dahiyanə deyilmiş bir fikri unutma­malıdırlar : “Uşaqların mənəvi aləminə enmək yox, bu aləmə yüksəlmək lazım­dır”. Məşqçilər bu fikrin mahiyyətini də­rindən dərk etməlidir.
Məşqçini və idmançını maraq, meyillərini nə birləşdirir.?
Ümumtəhsil məktəblərində dərs şa­girdlərin dünyam dərk etməsi prosesinin təşkili formasıdır. İdman məktəblərində keçirilən məşqlər isə təlimin təşkil olun­muş formasıdır. Məşqin əksəriyyəti planlı və məqsədyönlü şəkildə, ardıcıl surətdə, yük­sək nəticələrin əldə edilməsi üçün aparılan prosesdir. İdman məktəblərini uşaqların yalnız bilik və bacarıqlara yiyələndiyi bir yer kimi qiymətləndirmək düzgün deyil. Təlim (məşq) uşağın mənəvi həyatının çox mühüm hissəsidir, lakin yeganə sahəsi de­yildir. İdman məktəbləri uşaq kollektivinin çoxşaxəli mənəvi həyatınm əks olunduğu məkandır: burada məşqçini və idmançını maraq, meyilləri birləşdirir.
 Dəyanət İsmayılov
Şəffaflıq.az
Geri qayıt