Abşeronda 54 yaşlı kişi qətlə yetirilib
Abşeronda qətl törədilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb. Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
