Əsas Səhifə > Hadisə > Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

Abşeronda 54 yaşlı kişi qətlə yetirilib


Dünən, 16:05


Abşeronda qətl törədilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb. 

Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. 


Geri qayıt