Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb


Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir - Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.

Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}