Əsas Səhifə > Hadisə > Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb
Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıbBu gün, 09:38 |
Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir - Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib. Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |