Astarada avtomobil aşıb, ölən var


Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Hamoşam kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə ("Niva") idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}