Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb

Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb


Bu gün, 08:58


"Air Serbia" aviaşirkətinin Belqraddan Moskvaya uçan təyyarəsi sərnişinin yükünün yoxlanılmaması səbəbindən hava limanına geri qaytarılıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Nova" portalı mənbələrə istinadən xəbər verib.

Hadisə noyabrın 3-də axşamı baş verib.

Təyyarənin Litva hava məkanında olarkən geri qayıtdığı bildirilir. Nəşrin məlumatına görə, baqaj yoxlanılır və təyyarənin hərtərəfli yoxlanışından və heyət dəyişikliyindən sonra Moskvaya uçuş davam edəcək.


Geri qayıt