İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib


İstanbuldan Moskvaya uçan “Turkish Airlines”ə məxsus təyyarə Vilnüs hava limanında eniş edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Litva KİV-i “Lietuvos oro uostai” (Litva hava limanları, LTOU) nümayəndəsinə istinadən xəbər verib.

"Turkish Airlines” aviaşirkətinin İstanbuldan Moskvaya uçan təyyarəsi bu gün saat 05:09-da Vilnüs hava limanına eniş edib. Təyyarə texniki problemlərə görə Moskvaya uçuşunu dayandırmalı olub", - o qeyd edib.

Texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra Moskvaya uçuşunu davam etdirməyən təyyarə saat 08:27-də İstanbula yola düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}