Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib
İstanbuldan Moskvaya uçan təyyarə Vilnüsdə təcili eniş edib11-03-2025, 12:54 |
İstanbuldan Moskvaya uçan “Turkish Airlines”ə məxsus təyyarə Vilnüs hava limanında eniş edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Litva KİV-i “Lietuvos oro uostai” (Litva hava limanları, LTOU) nümayəndəsinə istinadən xəbər verib. "Turkish Airlines” aviaşirkətinin İstanbuldan Moskvaya uçan təyyarəsi bu gün saat 05:09-da Vilnüs hava limanına eniş edib. Təyyarə texniki problemlərə görə Moskvaya uçuşunu dayandırmalı olub", - o qeyd edib. Texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra Moskvaya uçuşunu davam etdirməyən təyyarə saat 08:27-də İstanbula yola düşüb. Geri qayıt |