Tramp Putinlə yalnız sülh razılaşmasına əmin olduğu halda görüşəcək


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşün yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşması perspektivlərinə əmin olduğu zaman baş tutacağını bildirib.

Şəffaflıq.az "Reuters"ə istinadən xəbər verir ki, bunu o, Asiya turnesi çərçivəsində Malayziyaya gedərkən təyyarədə jurnalistlərə açıqlayıb.

"Biz razılaşma əldə edəcəyimizdən əmin olmalıyıq", - deyə Amerika lideri Putinlə nə vaxt görüşməyə hazır olacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Tramp Rusiya-Ukrayna münaqişəsində sülh prosesinin gedişatından məyus olduğunu vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}