Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəfat edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə yaxınları məlumat veriblər. Bildirilib ki, N.Qurbanov bu gecə 65 yaşında həyatını itirib. Qeyd edək ki, Nəriman Qurbanov Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə, o cümlədən "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru vəzifəsində çalışıb. N.Qurbanov yazıçı və ssenarist Əhmədağa Muğanlının oğludur.
Xəbəri paylaş
Facebook-da paylaş








