Gəncədə tanınmış vəkil saxlanılıb, avtoyumanın işçisinə xəsarət yetirməkdə təqsirləndirilir
Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb. Şəffaflıq.az-ın məlumatına görə, o, avtoyuma məntəqəsinin işçisi ilə mübahisə zamanı ona xəsarət yetirməkdə təqsirləndirilir. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Xatırladaq ki, bir müddət öncə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








