Xocalıda ekoloji iməcilik keçirilib
Xocalı rayonunun Dağdağan kəndindəki gölün ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə iməcilik təşkil olunub. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, ekoloji aksiyada Qarabağ Universitetinin tələbələri və Xankəndi şəhərində fəaliyyət göstərən otellərin əməkdaşları fəal iştirak ediblər. İməcilik zamanı tələbələr və könüllülər tərəfindən gölün ətrafı tullantılardan təmizlənib. Qeyd edək ki, aksiyanın əsas məqsədi təbiət qoynunda istirahət zamanı ətraf mühitin çirkləndirilməsinin, canlı təbiətə zərər vurulmasının və meşə yanğınlarının qarşısını almaq üçün maarifləndirmə və ekoloji məsuliyyət hissinin təşviq edilməsi olub. Şəffaflıq.az
Facebook-da paylaş








