Ərdoğan ilə Ştaynmayer Yaxın Şərq və Rusiya-Ukrayna münaqişələrini müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı baş tutub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb. "Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib və əlavə olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb. Yaxın Şərqdəki müharibənin Avropanı da zəiflətdiyi vurğulanıb: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq", - Ərdoğandan sitat gətirilib. Türkiyənin İran məsələsində olduğu kimi, Rusiya-Ukrayna müharibəsində də müzakirələr yolu ilə münaqişələrin sona çatdırılması və davamlı sülhə nail olunması üçün səy göstərdiyini söyləyib.
Facebook-da paylaş








