WUF13 Azərbaycan Əməliyyat Şirkətinin könüllüləri ilkin tibbi yardımla bağlı təlimə cəlb edilib


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF 13) hazırlıq məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin könüllüləri üçün ilkin tibbi yardım mövzusunda təlim təşkil olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təlim Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Simulyasiya şöbəsinin təlimçiləri tərəfindən aparılıb. Təlim proqramı iştirakçıların fövqəladə hallarda düzgün və operativ müdaxilə bacarıqlarının artırılmasına yönəlib.

24 nəfərin qatıldığı təlim zamanı iştirakçılara həyati təhlükə yaradan halların ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasının əsasları, qanaxmaların dayandırılması və travmalar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları praktiki şəkildə öyrədilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}