Ağcabədidə evdə yanğın olub, 12 yaşlı yeniyetmə ölüb
Ağcabədidə fərdi yaşayış evində baş verən yanğın zamanı 12 yaşlı oğlan ölüb. Şəffaflıq.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi evdə yanğın zamanı 2014-cü il təvəllüdlü Şirinov İmaməddin Ayaz oğlu ölüb. Faktla bağlı araşdırma başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








