Premyer Liqada I tura bu gün yekun vurulacaq


Misli Premyer Liqasının I turuna bu gün yekun vurulacaq.

Şəffaflıq.az-ın məlumatına görə, "Qarabağ" evdə "Şamaxı"nı qəbul edəcək.

Baş hakim Rəvan Həmzəzadənin idarə edəcəyi görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası

I dövrə, I tur

17 avqust

19:30. "Qarabağ" – "Şamaxı"

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib. "Araz-Naxçıvan" - "İmişli" matçında hesab açılmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}