Husilər Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə zərbə endirib


"Ənsar Allah" hərəkatının husiləri Yəmənin Moxa və Marib quberniyası yaxınlığında Səudiyyə Ərəbistanı qüvvələrinə zərbələr endiriblər.

Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı hərəkatın nümayəndəsi Yəhya Sariya açıqlama verib.

Onun sözlərinə görə, Maribdəki Tadavin hərbi düşərgəsi də daxil olmaqla, qoşunların yerləşdirilməsi, sursat anbarları və komandanlıq məntəqələri ballistik raket və pilotsuz təyyarələrin hücumlarına məruz qalıb.

Sariya iddia edir ki, zərbələr nəticəsində Səudiyyə Ərəbistanının və onların dəstəklədiyi qüvvələrin onlarla hərbi qulluqçusu həlak olub və yaralanıb.

O, vurğulayıb ki, husilər münaqişəni qızışdırmağa çalışan Səudiyyə Ərəbistanı qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirəcəklər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}