Sabirabadda yanğın törədən şəxs saxlanılıb
Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Şəffaflıq.az-ın məlumatına görə, araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Xəbəri paylaş
Facebook-da paylaş








