Venesuelada iki güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 438 nəfərə çatıb
Venesuelada 7,2 və 7,5 maqnitudalı iki zəlzələ nəticəsində ölənlərin sayı 6 438 nəfərə çatıb. Şəffaflıq.az-ın verdiyi məlumata görə, bu barədə yerli media Müvəqqəti düşərgələrin və yaşayış yerlərinin yaradılması üzrə Baş Qərargahın yenilənmiş məlumatlarına istinadən xəbər verir. Daha əvvəl 6 301 nəfərin öldüyü barədə məlumat verilmişdi. Məlumata əsasən, ümumilikdə 6 462 nəfər xilas edilib. "Səhiyyə şəbəkəsi müxtəlif xəstəliklər və ya xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş 86 358 vətəndaşa kömək və tibbi yardım göstərib", - məlumatda bildirilir. Bundan başqa, hökumət zərərçəkmiş ailələrə 335 evin verilməsini rəsmiləşdirib. Eyni zamanda, çoxprofilli texniki qruplar zəlzələdən zərər çəkmiş ərazilərdə 59 109 yaşayış obyektinin konstruksiyalarının yoxlanışını və inventarizasiyasını başa çatdırıb. Yoxlanılan tikililərin fiziki vəziyyətinin qiymətləndirilməsi nəticəsində 34 680 evin yaşayış üçün yararlı olduğu məlum olub.
Facebook-da paylaş








