Füzulidə qadın təcili tibbi yardım avtomobilində doğuş edib


Füzulidə qadın təcili tibbi yardım avtomobilində doğuş edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub.

Hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib.

Yeni doğulmuşun çəkisi 3,5 kq, boyu 53 sm. olub. Zahı qadın və körpəsi Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Hazırda ana və körpənin vəziyyəti stabildir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}