Kürdəmir rayonunda körpəsi ölü doğulan 32 yaşlı qadının son durumu məlum olub.


Kürdəmir rayonunda körpəsi ölü doğulan 32 yaşlı qadının son durumu məlum olub.

Bu barədə TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, mayın 29-da 12:30 radələrində 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Təcili və təxirəsalınmaz yardımlar edilən pasiyentin vəziyyəti stabilləşib. Pasiyentə stasionar yatış tövsiyə olunsa da o, bundan imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb.

Daha sonra mayın 30-da saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal konsilium keçirilib və hamilə təcili Əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib.

Pasiyent əməliyyatdan sonra Reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}