Kanalda batan balıqçı Ağdaşda tapılıb


Kanalda batan balıqçı Ağdaşda tapılıb.

Şəffaflıq.az xəbər verir ki, Yevlax rayonu, Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Süleymanov Tofiq Qaçay oğlu balıq tutmaq məqsədilə "Yuxarı Şirvan" kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.

Nəticədə balıqçı ölüb, meyiti kanalın Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}