Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək
Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi avqustun 17-22-də Səudiyyə Ərəbistanı və Omana səfər edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Səfər zamanı Yaxın Şərqdə gərginliyin azaldılması, Hörmüz və Bab-əl-Məndəb boğazlarında azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılması planlaşdırılır. Həmçinin bir çox sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsi məsələsinin müzakirə olunması planlaşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş








