Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək


Bu gün, 13:09


Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi avqustun 17-22-də Səudiyyə Ərəbistanı və Omana səfər edəcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Səfər zamanı Yaxın Şərqdə gərginliyin azaldılması, Hörmüz və Bab-əl-Məndəb boğazlarında azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Həmçinin bir çox sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsi məsələsinin müzakirə olunması planlaşdırılır.


Geri qayıt